29 iyul 2026. Çərşənbə

Konfrans Liqasında pley-off mərhələsinə yekun vuruldu


Konfrans Liqasında pley-off mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə 21 qarşılaşma baş tutub.

 “Qəbələ”ni 2-ci raundda yolunu kəsən Macarıstan “Fehervar”ı Almaniyanın “Köln” klubuna ev oyununda 3 cavabsız qolla məğlub olaraq mübarizəni dayandırıb. “Zirə”nin mübarizədən kənarlaşdırmış Təl-Əviv “Makkabi”si də Fransanın “Nitsa” komandasının səddini keçə bilməyib. "Neftçi"ni Konfrans Liqasından kənardalaşdıran Avstriya "Rapid"i də Lixtenşteyn "Vaduts"u ilə bacarmayıb.

Türkiyə təmsilçisi “Başakşəhər” səfərdə Belçika “Antverpen”inin qonağı olub, doğma meydanda “sülh bağlayan”  İstanbul təmsilçisi bu görüşdə qalib gəlməklə qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
23 avqust

APOEL (Kipr) – Yurqarden (İsveç) 3:2
İlk oyun – 0:3

25 avqust

AİK (İsveç) – Slovaçko (Çexiya) 0:1
İlk oyun - 0:3

Bazel (İsveçrə) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
İlk oyun – 0:1

ÇFR Kluj (Rumıniya) – Maribor (Sloveniya) 1:0
İlk oyun - 0:0

Hapoel (Beer-Şeva, İsrail) – Universitatya (Krayova, Rumıniya) 1:1 (penaltilər 4:3)
İlk oyun – 1:1

Fehervar (Macarıstan) – Köln (Almaniya) 0:3
İlk oyun - 2:1

Slaviya (Praqa, Çexiya) – Rakuv (Polşa) 2:0
İlk oyun - 1:2

Tvente (Niderland) – Fiorentina (İtaliya) 0:0
İlk oyun - 1:2

Viborq (Danimarka) – Vest Hem (İngiltərə) 0:3
İlk oyun - 1:3

Vikinq (Norveç) – Styaua (Rumıniya) 1:3
İlk oyun – 2:1

Volfsberger (Avstriya) – Molde (Norveç) 0:4
İlk oyun – 1:0

Anderlext (Belçika) – Yanq Boyz (İsveçrə) 0:1 (penaltilər 3:1)
İlk oyun - 1:0

Balkani (Kosovo) – Şkupi (Şimali Makedoniya) 1:0
İlk oyun - 2:1

Hamrun Spartans (Malta) – Partizan (Serbiya) 3:3
İlk oyun – 1:4

Nitsa (Fransa) – Makkabi (Təl-Əviv, İsrail) 2:0
İlk oyun - 0:1

Düdelanj (Lüksemburq) – Lex (Polşa) 1:1
İlk oyun – 0:2

Slovan (Bratislava, Slovakiya) – Zrinski (Bosniya və Herseqovina) 2:1 (penaltilər 6:5)
İlk oyun - 0:1

Antverpen (Belçika) – Başakşəhər (Türkiyə) 1:3
İlk oyun – 1:1

Linfild (Şimali İrlandiya) – RFS (Latviya) 1:1 (penaltilər 2:4)
İlk oyun - 2:2

Jil Visente (Portuqaliya) – Alkmaar (Niderland) 1:2
İlk oyun - 0:4

Hayduk (Xorvatiya) – Vilyarreal (İspaniya) 0:2
İlk oyun – 2:4

Rapid (Avstriya) – Vaduts (Lixtenşteyn) 0:1
İlk oyun – 1:1







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"