22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: Qrup mərhələsinin püşkü atıldı


Konfrans Liqası: Qrup mərhələsinin püşkü atıldı
Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Corner.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirə Bakı vaxtı ilə saat 16:30-da start verilib.
 
32 komanda püşkatmadan öncə 4 səbətə bölünmüşdü. Yekunda iştirakçılar hərəsində 4 komandanın olduğu 8 qrup formalaşdırıblar.
 
Qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.
 
Avropa Konfrans Liqası
 
A qrupu
Başakşəhər (Türkiyə)
Fiorentina (İtaliya)
Harts (Şotlandiya)
RFS (Latviya)
 
B qrupu
Vest Hem (İngiltərə)
Styaua (Rumıniya)
Anderlext (Belçika)
Silkeborq (Danimarka)
 
C qrupu
Vilyarreal (İspaniya)
Hapoel (Beer Şeva, İsrail)
Austriya (Vyana, Avstriya)
Lex (Polşa)
 
D qrupu
Partizan (Serbiya)
Köln (Almaniya)
Nitsa (Fransa)
Slovaçko (Çexiya)
 
E qrupu
Alkmaar (Niderland)
Apollon (Kipr)
Vaduts (Lixtenşteyn)
Dnepr-1 (Ukrayna)
 
F qrupu
Gent (Belçika)
Molde (Norveç)
Şemrok Rovers (İrlandiya)
Yurqarden (İsveç)
 
G qrupu
Slaviya (Praqa, Çexiya)
ÇFR Kluj (Rumıniya)
Sivasspor (Türkiyə)
Ballkani (Kosovo)
 
H qrupu
Bazel (İsveçrə)
Slovan (Bratislava, Slovakiya)
Jalgiris (Litva)
Pünik (Ermənistan)






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda