22 sentyabr 2026. Çərşənbə axşamı

Konfrans Liqası: Həftənin ən yaxşısı adına 4 namizəd


Konfrans Liqası: Həftənin ən yaxşısı adına 4 namizəd
Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Corner.az xəbər verir ki, UEFA ənənəvi olaraq 4 namizəd müəyyənləşdirib.
 
Bu ada Luka Yoviç (“Fiorentina”, İtaliya), Mustafa Yatabare (“Sivasspor”, Türkiyə), Matias Oyevusi (“Jalgiris”, Litva) və Yari Versxaren (“Anderlext”, Belçika) namizəddir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.






Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə