22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqası: Təxirə salınan oyunda almanlar sevindi


Konfrans Liqası: Təxirə salınan oyunda almanlar sevindi

UEFA Konfrans Liqasının qrup mərhələsində 5-ci turdan təxriə salınmış oyun keçirilib.

Corner.az xəbər verir ki, D qrupunda “Köln” Çexiyada “Slovaçko”nun qonağı olub. Matç Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə penaltidən Ondrey Duda vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Köln” 3-cü pillədəki yerini qoruyub. 4 xalı olan “Slovaçko” isə sonuncudur. Qrupa 8 xalla Fransa “Nitsa”sı başçılıq edir. Eyni xala malik Serbiya “Partizan”ı 2-ci sırada qərarlaşıb.

“Slovaçko” – “Köln” görüşü ötən gün qatı duman səbəbindən təxirə salınmışdı.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda