5 may 2026. Çərşənbə axşamı

KL: Sivasspor'un futbolçusu həftənin ən yaxşısı seçildi


KL: Sivasspor'un futbolçusu həftənin ən yaxşısı seçildi
Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Corner.az xəbər verir ki, azarkeşlərin UEFA-nın rəsmi saytındakı səsverməsinə əsasən, bu ada Türkiyənin “Sivasspor” klubunun hücumçusu Mustafa Yatabare layiq görülüb.
 
36 yaşlı futbolçu Rumıniyanın ÇFR komandasında doğma meydanda 3:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.
 
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Luka Yoviç (“Fiorentina”, İtaliya), Matias Oyevusi (“Jalgiris”, Litva) və Yari Versxaren (“Anderlext”, Belçika) də namizəd idi.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi