5 may 2026. Çərşənbə axşamı

Azərbaycanlı hakimlər Konfrans Liqasının matçına təyinat aldılar


Azərbaycanlı hakimlər Konfrans Liqasının matçına təyinat aldılar

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Corner.az-ın məlumatına görə, 31 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi