18 mart 2026. Çərşənbə

Qarabağ ardıcıl 2-ci mövsüm Konfrans Liqasının pley-offunda!


Qarabağ ardıcıl 2-ci mövsüm Konfrans Liqasının pley-offunda!
"Qarabağ" ardıcıl ikinci mövsüm Avropa Konfrans Liqasının pley-offunda iştirak edəcək. Corner.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.
 
Ağdam təmsilçisi G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.
 
Xatırladaq ki, "Qarabağ" 2021/22 mövsümündə də Konfrans Liqasının pley-offunda mübarizə aparıb.






Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı