7 noyabr 2026. Şənbə

Qarabağ'ın rəqibi 1/4 finala yüksəldi


Qarabağ'ın rəqibi 1/4 finala yüksəldi

Futbol üzrə Belçika kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Corner.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Serkl Brügge” ilə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz başa çatıb. Lakin əlavə vaxtda 2 qol vuran “Gent” adını 1/4 finala yazdırıb. Komandanın qələbə qollarını Huqo Kuypers (109) və Malik Fofana (119) vurub.

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi