18 mart 2026. Çərşənbə

Qarabağ'ın rəqibi doğma meydanda xal itirdi


Qarabağ'ın rəqibi doğma meydanda xal itirdi
Futbol üzrə Belçika çempionatında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Şarlerua”nı qəbul edib. Qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
 
“Gent” bu heç-heçədən sonra 35 xalla 5-ci pillədə qərarlaşıb.
 
"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.






Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı