5 may 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi 1500 avro ziyana düşdü


Qarabağ'ın rəqibi 1500 avro ziyana düşdü
Belçika Futbol Assosiasiyası “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent”i cərimələyib. Corner.az xəbər verir ki, buna səbəb sözügedən komandanın azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları olub.
 
Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1500 avro ziyana düşüb. Bundan başqa, "Gent"ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi "Gelamko Arena"nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.
 
“Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə ayın 23-də Gentdə keçirəcək.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi