5 may 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibi səfərdə uduzdu


Qarabağ'ın rəqibi səfərdə uduzdu
Futbol üzrə Belçika çempionatında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.
 
Sözügedən komanda səfərdə “Serkl Brügge”nin qonağı olub. Beş qolun qeydə alındığı bu oyunda “Qarabağ”ın rəqibi məğlubiyyətlə üzləşib- 2:3.
 
“Gent” hazırda 38 xalla 4-cü pillədə qərarlaşıb.
 
"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.






Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi