22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın yeni transferi Gent'lə oyunu buraxa bilər


Qarabağ'ın yeni transferi Gent'lə oyunu buraxa bilər

“Qarabağ”ın qış transfer dönəmində heyətinə cəlb etdiyi Yassin Benzia UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçiriləcək oyunu buraxa bilər.

Corner.Az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov “CBC Sport” telekanalına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, Redon Cica və Adama Diakabidən fərqli olaraq, fransalı yarımmüdafiəçinin hazırlıq durumu arzuladıqları səviyyədə deyil: “Gent”lə matça qədər yeni gələnlərdən azı ikisi tam istədiyimiz formada ola bilər. Ancaq Benzia kollektivə gc qoşuldu. Onun hazırlığı digərlərindən aşağıdır. Qarşıda vaxtımız var. “Gent”lə görüşə kimi hər şey bilinəcək”.

Qurban Qurbanov rusiyalı qapıçı Andrey Lunyovun keçidinin baş tutmamasının səbəbini izah edib. O, eyni zamanda, axtarışları davam etdirdiklərini də vurğulayıb: “Lunyov məsələsinin üzərinə çox ciddi düşmüşdük. Sonda müəyyən məlumatlar çıxdı, danışığı dayandırdıq. Əlavə bir oyunçu ilə danışıqlar gedir. Əgər alınarsa, bir meydan oyunçusu almaq istəyərik. Daha çox qapıçı axtarışındayıq. Siyahıda adlar həddən artıq çoxdur. Yeni qapıçı gətirmək üçün hərtərəfli fəallıq göstəririk. Təəssüf ki, hələ istədiyimiz irəliləyiş yoxdur. Son günə kimi davam edəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Gentdə keçiriləcək.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda