22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın Gent'lə oyunlar üçün iştirak ərizəsi


Qarabağ'ın Gent'lə oyunlar üçün iştirak ərizəsi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçika”nın “Gent” klubu ilə oyunlar üçün iştirak ərizəsi müəyyənləşib. Corner.az saytının məlumatına görə, Ağdam təmsilçisinin heyətində mövsümün ilk dövrəsi ilə müqayisədə bəzi dəyişikliklər ediləcək.

Komandadan ayrılan Kadi Borges və Kvabena Ovusunun əvəzinə 3 yeni transfer sifariş olunub. Həmçinin, daha bir futbolçunun siyahıya əlavə olunması gözlənilir. Bu, qapıçı və ya meydan oyunçusu ola bilər.

Yeganə qeyri-müəyyənlik zədə səbəbindən uzun müddətə sıradan çıxan Abbas Hüseynovla bağlıdı.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov(?), 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda