22 oktyabr 2024. Çərşənbə axşamı

Bakıya qələbə ilə gəlmək istəyirlər


Bakıya qələbə ilə gəlmək istəyirlər
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”in futbolçusu Alessio Kastro-Montes Belçika çempionatında “Vesterlo” ilə səfər oyunu barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Qarabağ”la qarşılaşma öncəsi qələbənin onlar üçün vacib olduğunu bildirib:
 
“Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Növbəti xal itkisini qətiyyən düşünmürük. Bakı səfəri öncəsi çempionatda “Vesterlo”nu məğlub etməliyik ki, avrokubok matçına qalib əhval-ruhiyyədə yollanaq”.
 
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə ayın 23-də Gentdə keçiriləcək.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda