26 iyul 2026. Bazar günü

Qarabağ'ın rəqibi satışa çıxarıldı


Qarabağ'ın rəqibi satışa çıxarıldı
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” satışa çıxarılıb. Corner.az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, bunun klubun tam satışı yox, sadəcə, yeni investisiyalar cəlb edilməsi üçün atılmış bir addım olduğu vurğulanıb. Lakin istənilən halda “Gent” azarkeşləri bu xəbərdən narahat olmağa başlayıblar. Onlar bu klubun kənar şəxslərin əlinə keçməsini istəmirlər.
 
“Gent”in azarkeşlər federasiyasının sədri Filip Raes bu məsələ ilə bağlı yerli mətbuata narahatlığını belə bildirib: “Biz klubun gələcəyinə mümkün qədər tez aydınlıq gətirilməsini istəyirik. Ümid edirik ki, “Gent” neft şeyxlərinin və ya rus investorlarının əlinə keçməz. Bilirik ki, prezident klubun zirvədə rəqabətə davam etməsini istəyən birini axtarır. Ancaq alıcının hansısa neft şeyxi və ya rus investoru olması, əlbəttə ki, bizi qane etməyəcək. Həm də biz yeni rəhbərliyin gəlişindən sonra hər şeyin pis bitdiyi klubların da kifayət qədər nümunəsini görmüşük. Bu, bir çox pərəstişkarı qorxudur, çünki biz bu cür hekayəni qəbul etmək istəmirik”.
 






Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"