5 dekabr 2025. Cümə

Qarabağ - Gent matçının hakimləri bəlli oldu


Qarabağ - Gent matçının hakimləri bəlli oldu
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə ilk oyununun hakimləri müəyyənləşib. Corner.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmaya İsveçdən olan hakimlər briqadası göndəriləcək.
 
Oyunun baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Klyver və Robin Vilde kömək edəcəklər. Bojan Pandzic ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
 
Görüşün VAR və AVAR hakimləri polşalılar Bartoş Frankovsk və Pavel Pskit olacaq. Hakimlərin işinə estoniyalı hakim-inspektor Uno Tutk qiymət verəcək. İrlandiyalı Peadar Rayan isə UEFA nümayəndəsi kimi çalışacaq.
 
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” qarşılaşması saat 21:45-də başlayacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü