26 iyul 2026. Bazar günü

Gent'in daha bir futbolçusu Qarabağ'la oyunu buraxa bilər


Gent'in daha bir futbolçusu Qarabağ'la oyunu buraxa bilər

Belçikanın “Gent” klubunun daha bir futbolçusu Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu ərəfəsində zədəsini sağaldıb.

Corner.Az “Walfoot” nəşrinə istinadən xəbər verir ki, hücumçu Loran Depuatr Bakıya yollanan heyətdə yer alıb.

Belçika çempionatının XXV turunda “Vesterlo” (3:3) ilə qarşılaşmanı zədə səbəbindən buraxan 35 yaşlı forvard Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə məşqçilər korpusunun sərəncamında olacaq.

Ondan əvvəl portuqaliyalı müdafiəçi Nurio Fortuna və danimarkalı yarımmüdafiəçi Endryü Hülsager zədəsini sağaldaraq, oyunun iştirak ərizəsinə salınıblar.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"