22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'dan heç bir futbolçunu tanımıram


Qarabağ'dan heç bir futbolçunu tanımıram
“Gent”in yarımmüdafiəçisi Alessio Kastro-Montes Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la bu gün keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 26 yaşlı oyunçu  fərdi cəhətdən Ağdam klubunun oyunçularını tanımadığını lakin rəqibin kifayət qədər güclü olduğunu bildirib:
 
“Qarabağ”dan heç bir futbolçunu tanımıram. Düzünü desəm, bunu düşünən tək oyunçu mən deyiləm. Onların güclü tərəflərinə bələdik. “Qarabağ”a qarşı oynamaq çətindir. Xüsusən də, Bakıda onları məğlub etmək daha çətindir. Ancaq biz nə edəcəyimizi bilirik”.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda