22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ı məğlub etmək olduqca çətindir


Qarabağ'ı məğlub etmək olduqca çətindir
“Gent”in vitse-kapitanı Sven Kums Konfrans Liqasının pley-off mərhələsində bu gün “Qarabağ”la keçiriləcək oyunu dəyərləndirib. Corner.az xəbər verir ki, Ağdam klubunun cari mövsümdəki çıxışını xatırladan 35 yaşlı yarımmüdafiəçi qələbə qazanmağın onlar üçün çətin olacağını bildirib:
 
“Qarabağ”ın bumövsümkü nəticələri yaxşıdır. Nəzərə alaq ki, bu komanda Çempionlar Liqasının qrup mərhələsinə çox yaxın idi. Yalnız pley-offda uduzdular. Ardından isə Avropa Liqasında düşdükləri güclü qrupda 8 xal topladılar. “Qarabağ”ı məğlub etmək olduqca çətindi. Əvvəllər Avropa Liqasının təsnifat mərhələsində Kipr “Omoniya”sına uduzduq. Ancaq onlar sonra qrupda bir xal da toplamadılar. “Qarabağ”ı da qiymətləndirməmək doğru olmaz”.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda