22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ Gent'i məğlub yola saldı


Qarabağ Gent'i məğlub yola saldı

"Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın “Gent” komandası ilə qarşılaşıb.

Sözügedən matça saat 21:45-də start verilib. İlk hissəsi qolsuz bitən görüşün ikinci yarısı "köhlən atlar" üçün uğurlu olub. Azərbaycan çempionu əvvəlcə penaltini boşa versə də ruhdan düşməyib və  qələbə qolunu vurmağı bacarıb. Beləliklə, görüş Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Gent”lə qarşılaşma Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. “Qarabağ” ötən il bu mərhələdə Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşmış və mübarizəni dayandırmışdı.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunu
16 fevral

Qarabağ - Gent 1:0
Qol: L.Andrade, 78.
Matçın 52-ci dəqiqəsində R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda