22 oktyabr 2024. Çərşənbə axşamı

Trabzonspor Bazel'ə qalib gəldi


Trabzonspor Bazel'ə qalib gəldi

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib. Corner.az xəbər verir ki, raundun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycan çempionu "Qarabağ" doğma meydanda Belçikanın "Gent" klubunu qəbul edib və minimal hesabla qalib gəlib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" evdə İsveçrə "Bazel"ini sınağa çəkib. Trabzon klubu da ilk oyunda tək qollu qələbəyə sevinib. İtaliyanın "Fiorentina" klubu səfərdə Portuqaliya "Braqa"sı üzərində darmadağına sevinibsə, "Latsio" isə doğma meydanda Rumıniya "ÇFR Kluj"una minimal fərqlə qalib gəlib.

Bu raundun cavab görüşləri fevralın 23-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 fevral

“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika) 1:0
Qol: L.Andrade, 78.

“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə) 1:0
Qol: Larsen, 65.

“Bodo Qlimt” (Norveç) - “Lex” (Polşa) 0:0

“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya) 0:4
Qol: Yoviç, 45+1; 60. Kabral, 79; 90. 

“Latsio” (İtaliya) - “ÇFR Kluj” (Rumıniya) 1:0
Qol: İmmobile, 45+4.

AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna) 1:0
Qol: A.Qarsiya, 85.

“Şerif” (Moldova) - “Partizan” (Serbiya) 0:1
Qol: R.Qomes, 45.

“Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika) 1:0
Qol: İ.Tyaqo, 9.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda