- Konfrans liqası
- 02:04 08.11.2024
“Dubayda təsadüfən Kadi ilə görüşdüm, mənə dedi ki, “Qarabağ” heç vaxt unuda bilməyəcəyim evimdi”. Corner.az xəbər verir ki, bunu “köhlən atlar”ın prezidenti Tahir Gözəl deyib.
Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə (Belçika) oyundan (1:0) sonra jurnalistlərə danışan Gözəl bildirib ki, “Qarabağ”ın vidalaşdığı futbolçular özləri getmək istəyiblər: “Təşəbbüs futbolçulardan gəlib. İstər Vadji olsun, istər Kadi, istər Ovusu. Qanun futbolçunu komandada zorla saxlamağa imkan vermir. Məsələn, Kadiya deyilmişdi ki, minimum 5 milyon avro qarşılığında “Qarabağ”dan gedə bilərsən. Əlimizdən gəldiyi qədər futbolçularla müqavilələrdə klubun xeyrinə olan şərtlər daxil edirik. Amma bir klub bizə 5 milyon avro, futbolçuya da dördqat artıq maaş verirsə, onu heyətdə saxlaya bilmərik”.