“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə keçirilən ilk oyun barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisinə qələbə qazandıran yeganə qolun müəllifi olan portuqaliyalı futbolçu artıq hər şeyin öz əllərində olduğunu söyləyib:
“Qarşımızda çətin rəqib var idi. Bizi ağır oyunun gözlədiyini bilirdik. Ancaq qələbə qazandıq. Onu da nəzərə alaq ki, qış fasiləsində heyətdə dəyişikliklər baş vermişdi. Bir çox futbolçu getdi, yeniləri gəldi. Amma yenə də qalib gəldik. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır”.
Andrade “Qarabağ”ın hər bir oyunçusunun qol vurmaq potensialında olduğunu əlavə edib: “Meydana çıxanda hamımızın fikrində yalnız qələbə qazanmaqdı. Komandaya qələbə qazandırmaq, bu qolu vurmaq üçün də hər kəsdə inam olmalıdı. Bizim hamımızda qələbə topunu vurmağa inam var idi. Belə davam eləməliyik”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı fevralın 23-də Gendə baş tutacaq.