- Konfrans liqası
- 02:04 08.11.2024
“Gent”in qapıçısı Deyvi Rof Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bildirib. Corner.az saytı xəbər verir ki, 29 yaşlı qolkiper penaltini dəf etsə də, məğlubiyyətə görə üzüldüyünü söyləyib:
“Penaltini dəf etməyim xoş idi. Amma sonda qol buraxmağımız çox təəssüf doğurur. Qol isə mənim uğursuz zərbəmlə başladı. Topu rəqibə keçdi, onlar da əks-hücumda sürətli komandadı. Bu, mənə görə təhqirdir. Kiçik bir səhv dərhal bu səviyyədə cəzalandırılır. Bu olmaya bilər. Şübhəsiz ki, cavab matçında bunu düzəltmək şansımız var. Belçikada buradakı ilk hissədəki kimi oynamalı olacağıq. “Qarabağ” çox ağıllı komandadı. Səhv etməyimizə və şansımızdan yararlanmağımıza imkan verməyəcək”.
Belçikalı qapıçı Ramil Şeydayevin penalti zərbəsini dəf etdiyi epizodu da dəyərləndirib: “Bu anda bir az şanslı idim. Əslində, çox tez yıxıldım. Xoşbəxtlikdən ayaqqabımın ölçüsü uzundur və mən sadəcə, topa çata bildim”.
Qeyd edək ki, “Gent”lə “Qarabağ” arasında cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.