“Bu, yeni təcrübədir. Azərbaycanın çox spesifik mədəniyyəti var, adət-ənənələrlə zəngindir”. Corner.az xəbər verir ki, bunu “Neftçi” klubunun hücumçusu Mateus Saldanya Braziliya mətbuatına açıqlamasında deyib.
Azərbaycan barədə təəssüratlarını danışan 24 yaşlı forvard Avropada oynamaq arzusunu həyata keçirdiyini vurğulayıb: “Azərbaycan barədə daha çox məlumat almaq mənə zövq verdi. “Neftçi”yə transfer olunmaqla, Avropada oynamaq arzumu gerçəkləşdirdim. Bu fürsəti böyük sevgi ilə görürəm”.
Misli Premyer Liqasının XXI turunda “Sumqayıt”la (2:0) qarşılaşmada “ağ-qaralar”da qol hesabını açan Saldanya kollektivə uyğunlaşma dönəmini hələ geridə qoymadığını əlavə edib: “Uyğunlaşma dönəmi hələ yekunlaşmayıb. Buna baxmayaraq, həmişəki kimi, əlimdən gələni edirəm. Artıq ilk qolu vurduğum üçün çox sevincliyəm. Bu, üzərimdən təzyiqi götürdü. Bundan sonra komanda yoldaşlarımla getdikcə daha çox münasibət quraraq, performansımı artırmaq istəyirəm”.
Qeyd edək ki, braziliyalı futbolçu “Neftçi”yə qış fasiləsində Yaponiyanın “Cef Yunayted” klubundan keçib.