22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın prezidenti: Qoy, bu qələbə xalqımıza təsəlli olsun


Qarabağ'ın prezidenti: Qoy, bu qələbə xalqımıza təsəlli olsun
“Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın "Gent" komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu. Komandamız Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdı. Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq".
 
O, oyundan razı qaldığını söyləyib: "Bilirsiniz ki, komandada çox dəyişikliklər baş verdi. Gedən, zədə səbəbindən oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, "Qarabağ" bu gün heç bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq. Komandanın artıq ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə xalqımıza təsəlli olsun".






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda