21 noyabr 2024. Cümə axşamı

Belçika mətbuatı: Qarabağ'dan qan iyi gəlirdi


Belçika mətbuatı: Qarabağ'dan qan iyi gəlirdi

Xəbər verdiyimiz kimi, dünən UEFA Konfrans Liqası çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ” Belçikanın “Gent” klubunu minimal hesabla məğlubiyyətə uğradıb. Corner.az saytı xəbər verir ki, bu qələbə Belçika mətbuatının gündəmini zəbt edib. Belə ki, belçikalı həmkarlarımız Azərbaycan çempionunun 1:0 hesablı qalibiyyətini dəyərləndirib.

Yerli KİV hesab edir ki, matçın ilk yarısı qolsuz bərabərliklə yekunlaşmasına baxmayaraq, gedişat “Qarabağ”ın qol vuracağından xəbər verirdi: “Düzdü, fasilədən sonra Deyvi Rof rəqibin penalti zərbəsini dəf etdi. Ancaq həmin andan işlər “Gent” üçün çətinləşmişdi. Çünki “Qarabağ”ın hücumçuları ayılmışdı. Hesab dəyişməsə də, “Qarabağ”dan qan iyi gəlirdi. Yekunda da istədikləri qolu vurdular. Rofun uğursuz ötürməsi qapımıza qolun vurulması ilə nəticələndi”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək.







Konfrans liqası