22 oktyabr 2024. Çərşənbə axşamı

Belçika klubu Qarabağ'a təşəkkür etdi


Belçika klubu Qarabağ'a təşəkkür etdi
Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ötən gün “Qarabağ”ın qonağı olan Belçikanın “Gent” komandası Ağdam klubuna təşəkkür edib. Corner.az xəbər verir ki, Belçika təmsilçisi bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edib.
 
Paylaşımda qeyd olunub: "Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, "Qarabağ". Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək".
 
Xatırladaq ki, "Qarabağ" "Gent"ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda