23 noyabr 2024. Şənbə

Qarabağ'ın rəqibi Türkiyə və Suriya üçün aksiyaya başladı


Qarabağ'ın rəqibi Türkiyə və Suriya üçün aksiyaya başladı
"Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" zəlzələdən əziyyət çəkən Türkiyə və Suriya üçün dəstək kampaniyasına başlayıb. Corner.az xəbər verir ki, bu bardə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün ianə toplandığı diqqətə çatdırılıb. Bu gün sözügedən klubun ev oyunlarını keçirdiyi "Gelamko Arena”da pultoplama aksiyası təşkil edəcək. Klubun təşəbbüsü ilə bütün "Gent" tərəfdarları birlikləri, Dəstəkçilər Şurası və "Gent Fondu" pul toplamaq üçün birləşib. Aksiya bu gün Belçika çempionatının 26-cı turu çərçivəsində baş tutacaq "Leuven" komandası ilə matçdan əvvəl təşkil olunacaq. Stadionun hər girişində və tribunalarda saat 17:30-dan 18:45-dək pul yığımı həyata keçiriləcək. Gəlir Hatay bölgəsinə yardım təşkil edən "Helping Hands Belgium"a bağışlanacaq.
 
Xatırladaq ki, “Qarabağ” “Gent”lə ilk oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Komandalar arasındakı cavab görüşü fevralın 23-də “Gelamko Arena”da keçiriləcək.






Konfrans liqası