- Konfrans liqası
- 02:04 08.11.2024
“Gent”in kapitanı Sven Kums Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyununu dəyərləndirib. Corner.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Belçika çempionatının 26-cı turunda “Leuven” üzərində 2:0 hesablı qələbəni bu baxımdan vacib olduğunu bildirib.
“Bu qələbə bizim üçün çox vacib idi. Çünki komandaya güvən verdi. Gərgin bir həftə davam edir. Vəziyyəti dəyişmək olar. Bunu belə yarışlarda etməliyik. Cavab matçına hər kəs çox həvəsli və hazır olacaq”.
Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-də Gentdə keçiriləcək. Bakıdakı ilk matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.