“Gent”in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi qayğılıdır. Corner.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Belçika çempionatında “Leuven” üzərində qazanılan qələbəyə (2:0) baxmayaraq, komandada problemlərin olduğunu bildirib.
O, “Qarabağ” önünə bu problemlər fonunda çıxacaqlarını söyləyib:
“Leuven” üzərində qələbə yə baxmayaraq, o qədər də yaxşı çıxış etmədik. Növbədə isə “Qarabağ”la oyundur. Harada olduğumuzu və bütün çətinliklərimizi bilirik. Avrokubok matçı öncəsi çoxlu zədəlilərimiz var və oyunçular hələ tam formada deyillər. Təqvimin sıxlığı vəziyyəti bu həddə gətirib. Ancaq komandama güvənirəm. Hər iki cəbhədə yarışa bilərik”.
Qeyd edək ki, fevralın 23-də Gentdə keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.