5 dekabr 2025. Cümə

Qarabağ - Gent oyunu ikinci oldu


Qarabağ - Gent oyunu ikinci oldu
Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Corner.az xəbər verir ki, 8 matçda ümumilikdə 91786 tamaşaçı iştirak edib.
 
Bakıda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilmiş qarşılaşma bu göstəricidə 2-ci olub. Görüşü 25452 tərəfdar izləyib.
 
Ən çox fanat isə Türkiyədə “Trabzonspor”la İsveçrə “Bazel”inin oyununda qeydə alınıb. Bu matçda 26184 azarkeş olub.
 
Üçüncü yeri isə Portuqaliyada keçirilmiş “Braqa” – “Fiorentina” matçı tutub – 13041 azarkeş.
 
Xatırladaq ki, “Qarabağ”la Bakıdakı oyunda “Gent”i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də Belçikada baş tutacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü