22 oktyabr 2024. Çərşənbə axşamı

Gent Qarabağ önünə itkilərlə çıxacaq


Gent Qarabağ önünə itkilərlə çıxacaq
Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Gent” oyuna ciddi itkilərlə çıxacaq. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Belçika klubu sabahkı cavab görüşündə ideal heyətlə mübarizə apara bilməyəcək.
 
Çünki bu gün baş tutan oyunöncəsi son məşqdə 4 futbolçu iştirak etməyib. Bunlar polşalı müdafiəçi Kamil Pyatkovski, belçikalı yarımmüdafiəçi Matiss Samuas, serbiyalı hücumçu Darko Lemayiç və mərakeşli ön xətt oyunçusu Tarik Tissudalidi. Adıçəkilən oyunçular Gentdəki qarşılaşmada meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, sabah keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda