22 oktyabr 2024. Çərşənbə axşamı

Yenə penalti olsa, yerinə yetirməyə tam hazıram


Yenə penalti olsa, yerinə yetirməyə tam hazıram
"Qarabağ”ın hücumçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Gentdə keçirilən mətbuat konfransında bunları söyləyib:
 
“Maraqlı matç olacaq. Biz üstünlüklə gəlmişik. Rəqib Bakıdakı kimi qapalı oynamayacaq. Bu da qarşılşmanın daha da maraqlı olacağından xəbər verir.
 
Ümid edirəm ki, mərhələ keçən tərəf biz olacağıq. Bakıda penaltini vura bilməsəm də, indi yenə belə imkan olsa, yerinə yetirməyə tam hazıram. Psixoloji cəhətdən heç bir problemim yoxdur. Bakıda dediyim kimi, bir qol borcluyam.
 
Başqa klublarla danışıq aparmağım haqda söhbətlər yalandır. Bu haqda ümumiyyətlə, düşünmürəm. İndi bütün fikrim komandamda və növbəti oyunlarımızdadır”.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda