22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ mübarizəni dayandırdı


Qarabağ mübarizəni dayandırdı

“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsində ikinci oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam klubu Belçikanın “Gent” komandası ilə bu dəfə səfərdə qarşılaşıb.

Bir həftə öncə bu rəqibinə Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabıyla qalib gəlmiş Qurban Qurbanovun komandasına mərhələ adlamaq üçün səfərdə heç-heçə də kifayət edirdi. Bu matçda hesabı meydan sahibləri açıblar. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda da ümumi hesabda dəyişiklik olmayıb. Beləliklə, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Gent" növbəti mərhələyə yüksəlib. "Qarabağ" isə mübarizəni dayandırıb.

Xatırladaq ki, bu, Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağı idi. “Qarabağ” ötən il də bu mərhələdə Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşmış və mübarizəni dayandıran tərəf olmuşdu.

Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
23 fevral

Gent – Qarabağ 1:0 (penaltilər - 5:3)
Qol: G.V.Orban, 74.
Hakimlər: Villiam Kollum, Fransis Konnor, David Roome, Nikolas Valş (hamısı Şotlandiya).
VAR: David Coote (İngiltərə).
AVAR: Lee Betts (İngiltərə).
Gent. “Gelamko Arena”.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda