22 oktyabr 2024. Çərşənbə axşamı

Trabzonspor da Konfrans Liqası ilə vidalaşdı


Trabzonspor da Konfrans Liqası ilə vidalaşdı

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, 8 cavab qarşılaşmasının hamısı eyni gündə baş tutub.

Azərbaycan çempionu "Qarabağ" Belçikada "Gent"in qonağı olub. Ağdam təmsilçisi Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı. Cavab görüşünün əsas vaxtı isə meydan sahiblərinin xeyrinə bitib. Əlavə vaxtda hesab dəyişməz qaldığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan "Gent" mərhələ adlayıb. "Qarabağ" isə mübarizəni dayandırıb.

Türkiyədə "Bazel"ə eyni hesabla qalib gələn "Trabzonspor" isə İsveçrədən sərfəli nəticə ilə qayıtmaq istəyib. Lakin 2 cavabsız qola üzülən trabzonlular da mübarizəni dayandırıblar.

Digər cütlərdə "Latsio", AEK, "Şerif", "Anderlext", "Lex" və "Fiorentina" növbəti mərhələyə adlayan vəsiqə qazanıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
23 fevral

CFR Kluj (Rumıniya) - Latsio (İtaliya) 0:0
İlk oyun - 0:1

Dnepr-1 (Ukrayna) - AEK (Larnaka, Kipr) 0:0
İlk oyun - 0:1

Partizan (Serbiya) - Şerif (Moldova) 1:3
Qol: Meniq, 13 – Badolo, 22. M.Diop, 45+1; 47.
İlk oyun - 1:0

Anderlext (Belçika) - Ludoqorets (Bolqarıstan) 2:1 (penaltilər 3:0)
Qol: Russo, 13-öz qapısına. Versxaren, 68 – İ.Tyaqo, 71.
İlk oyun - 0:1

Gent (Belçika) - Qarabağ (Azərbaycan) 1:0 (penaltilər 5:3)
Qol: G.V.Orban, 74.
İlk oyun - 0:1

Bazel (İsveçrə) - Trabzonspor (Türkiyə) 2:0
Qol: Amduni, 13. Zeqiri, 76.
İlk oyun - 0:1

Lex (Polşa) - Bodo Qlimt (Norveç) 1:0
Qol: İshak, 63.
İlk oyun - 0:0

Fiorentina (İtaliya) - Braqa (Portuqaliya) 3:2
Qol: Mandraqora, 37. Saponara, 58. Kabral, 83 – A.Kastro, 17. Djalo, 34.
İlk oyun - 4:0







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda