22 oktyabr 2024. Çərşənbə axşamı

Geriyə yolumuz yoxdur


Geriyə yolumuz yoxdur
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirdikləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, mübarizəni dayandırdıqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Çox üzgünük. Futbolçularım daha da məyusdurlar. Qalib gəlmək üçün çox istəkli idilər. Meydanda 120 dəqiqə amansız mübarizə apardılar. Buna görə hər birinə təşəkkür edirəm. Buraya xeyli sayda azarkeşimiz gəlmişdi. Onlara da təşəkkür edirəm. Təəssüf ki, penaltilər seriyasında uduzduq. Amma bizim geriyə yolumuz yoxdur. İrəliyə baxırıq. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq”.
 
Baş məşqçi müdafiəçi Elvin Cəfərquliyevin Belçikanın “Anderlext” klubunun maraq dairəsində olması ilə bağlı xəbərlərə də münasibət bildirib: “Bir neçə oyunçumuzla maraqlanırlar. Fərqli çempionatlardan qeyri-rəsmi təkliflər alırıq. Elvinə rəsmi təklif gəlməyib, amma maraqlanırlar. Bu, məni sevindirir. Tam rəsmi olacağı halda bu barədə düşünə bilərik. Çünki o bazara girib yerli futbolçuları ölkə xaricinə çıxarmalıyıq”.
 
Qurbanov futbolçulara müdafiədə oturmaq tapşırığının verilmədiyini söyləyib: “Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm. İstənilən hesabda müdafiədə oturmağı düşünmürük. Sadəcə, 90 dəqiqə eyni tempdə oynaya bilmərik. “Gent” ciddi rəqibdir. Bəzən onlar bizi müdafiə olunmağa məcbur edirdi”.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda