Belçikanın “Gent” komandasının baş məqşçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında qələbə qazandıqları matçı belə şərh edib:
“İkinci hissədə və əlavə vaxtda daha yaxşı oynadıq. İlk hissədəki kimi oynasaydıq, heç vaxt növbəti mərhələyə vəsiqə qazana bilməzdik. Biz bunu 90 dəqiqə ərzində edəcəyimizə ümid edirdik. Lakin komandamın reaksiyası və matça yanaşmasından razı qaldım. Futbolçularımla qürur duyuram. Onlar bu gün əla idilər!
Oyunun başlama saatından narazılıq edən Vanhazebruk sonda mükafatla da bağlı açıqlama verib: “Mən heç vaxt pulu düşünməmişəm. Mənə heç nə lazım deyil. Futbolçularım xoşbəxtdirsə, digər şeylərin heç bir əhəmiyyəti yoxdur”.