22 oktyabr 2024. Çərşənbə axşamı

Penaltilər seriyasında komanda yoldaşlarıma çox güvənirdim


Penaltilər seriyasında komanda yoldaşlarıma çox güvənirdim
“Gent”in qapıçısı Deyvi Rof Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən cavab oyununu dəyərləndirib. Corner.az xəbər verir ki, 29 yaşlı qolkiper oyunsonrası penaltilə seriyasında bir zərbəni dəf edəcəyinə öncədən əmin olduğunu bildirib:
 
“Penaltilər seriyasında komanda yoldaşlarıma çox güvənirdim. Beş zərbəni də qola çevirdik. Bu üzdən bir zərbə dəf etməyim kifayət edəcəkdi. Statistikama baxsanız, mütləq bu şansı əldə edəcəyim görünürdü. Bu həftə penaltilər üzərində məşq etmədik, amma futbolçuların hamısı zərbəni mükəmməl şəkildə yerinə yetirdi”.
 
Qolkiper birinci hissəni yaxşı keçirmədiklərini etiraf edib: “İlk hissə yaxşı alınmadı. Qismən də meydançaya görə arxadan çox az oynadıq. Çünki çox risk etmək istəmirdik. Ancaq ikinci hissə daha yaxşı keçdi və üstünlüyü ələ aldıq”.
 
Qeyd edək ki, oyun “Gent”in 1:0 hesablı üstünlüyü ilə başa çatdığından, penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq olan belçikalılar (5:4) 1/8 finala adlayıb.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda