22 oktyabr 2024. Çərşənbə axşamı

Hamı yanıma gələnə qədər qalib gəldiyimizi bilmirdim


Hamı yanıma gələnə qədər qalib gəldiyimizi bilmirdim
“Gent”in müdafiəçisi Sedrik van Dele Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən cavab görüşü barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 23 yaşlı oyunçu, xüsusən də, penalti zərbələrində özünə əmin olduğunu deyib:
 
“Baş məşqçi məni çağıraraq penalti vurmaq istəyib-istəmədiyimi soruşdu. Müsbət cavab verdim, hətta beşinci penalti vuran olmaq istədim. Çünki bu, həlledici zərbə idi. Özümə əmin idim. Hamı yanıma gələnə qədər qalib gəldiyimizi bilmirdim”.
 
Van Dele 118-ci dəqiqədə penaltilər seriyası üçün meydana daxil olanda həyəcanlı olduğunu vurğulayıb: “Ürək döyüntülərim çox yüksək idi. Bu səbəbdən bir az gərginlik var idi. Amma diqqətimi tam cəmləmişdim və sadəcə yaxşı iş görmək istəyirdim. Adətən penaltiləri yaxşı yerinə yetirirəm. Yenə özümü əmin edirdim”. 
 
Qeyd edək ki, Bakıda 0:1 hesabı ilə məğlub olan “Gent” öz meydanında eyni hesabla qalib gəlib. Penaltilər seriyasında isə belçikalılar 5:3 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda