24 iyul 2026. Cümə

Sivasspor uduzdu, Başakşəhər ...


Sivasspor uduzdu, Başakşəhər ...

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçirilib.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə "Başakşəhər"ini qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Türkiyənin bu turnirdəki digər təmsilçisi “Sivasspor” isə səfərdə “Fiorentina” ilə qarşılaşıb və məğlubiyyətə üzülüb.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa "Lex"i və İsveçrə "Bazel"i isə evdə müvafiq olaraq, İsveç "Yurqarden"i və Slovakiya "Slovan"ı ilə qarşılaşıb. “Bazel” ilk oyunda bərabərliyə kifayətlənibsə, “Lex” inamlı qələbə qazanıb.

Xatırladaq ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada "Latsio" və Niderlandın "Alkmaar" komandaları arasında keçirilib. Bu matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Bu raundun cavab matçları martın 16-da olacaq.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları
9 mart

AEK (Larnaka, Kipr) - Vest Hem (İngiltərə) 0:2
Qol: M.Antonio, 36; 45+2.

Şerif (Moldova) - Nitsa (Fransa) 0:1
Qol: Amraui, 45+3.

Anderlext (Belçika) - Vilyarreal (İspaniya) 1:1
Qol: Dreyer, 57 – Triqeros, 28.

Fiorentina (İtaliya) - Sivasspor (Türkiyə) 1:0
Qol: A.Barak, 69.

Lex (Polşa) - Yurqarden (İsveç) 2:0
Qol: Miliç, 39. Marçvinski, 82.

Bazel (İsveçrə) - Slovan (Slovakiya) 2:2
Qol: Amduni, 6. Zeqiri, 40 – Medvedev, 17. Abubakari, 70.

Gent (Belçika) - Başakşəhər (Türkiyə) 1:1
Qol: Orban, 45 – Okaka, 16.







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"