24 iyul 2026. Cümə

KL: Başakşəhər'i 1/4 finala buraxmadılar


KL: Başakşəhər'i 1/4 finala buraxmadılar

Bu gün Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Türkiyənin "Başakşəhər" klubu doğma meydanda Belçika “Gent”ini qəbul edib. Bu komandalar arasında Belçikada baş tutmuş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu üzdən cavab matçında qalib gələn tərəf növbəti mərhələyə yüksələcəkdi. Beş qolun qeydə alındığı bu matçda "Gent" darmadağınla  1/4 finala vəsiqə qazanıb. İstanbul təmsilçisi isə mübarizəni dayandırıb.

Digər cavab oyunları martın 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
15 mart

"Başakşəhər" (Türkiyə) - "Gent" (Belçika) 1:4
Qol: Yanuzay, 88 – Orban, 31; 32; 34. Kuypers, 37.
Baş hakim: Benua Bastyen (Fransa).
İlk oyun – 1:1.
İstanbul, "Başakşəhər Fatih Terim" stadionu.







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"