24 iyul 2026. Cümə

Avrokuboklarda ən sürətli het-trik sahibi bilindi


Avrokuboklarda ən sürətli het-trik sahibi bilindi
"Gent”in hücumçusu Emmanuel Orban avrokuboklarda ən sürətli het-trik edən futbolçuya çevrilib. Corner.az xəbər verir ki, nigeriyalı futbolçu “Başakşəhər”lə Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqlənib.
 
Belçika təmsilçisi İstanbulda Türkiyə təmsilçisini 4:1 hesabı ilə məğlub edib. 20 yaşlı Orban 3 dəqiqə 24 saniyəyə 3 qol vurub. O, 31, 32 və 34-cü dəqiqələrdə fərqlənib.
 
Xatırladaq ki, 20 yaşlı nigeriyalı fevralın 24-də “Qarabağ”a da qol vurmuşdu. Belçikadaki oyunun 75-ci dəqiqəsində fərqlənən futbolçu, matçın penaltilər seriyasına kimi uzanmasına səbəb olmuşdu. Yekunda “Gent” Azərbaycan təmsilçisini yenərək “Başakşəhər”lə oyuna vəsiqə qazanmışdı.
 
“Gent”ə bu ilin yanvarında Norveç “Stabek”indən 3.3 milyon avro qarşılığında transfer olunmuş Orab Belçika klubunun heyətində meydana çıxdığı 9 matçda 12 qola imza atıb.






Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"