24 iyul 2026. Cümə

Konfrans Liqası: 1/4 finalın püşkü atıldı


Konfrans Liqası: 1/4 finalın püşkü atıldı

Avropa Konfrans Liqasının cari mövsümündə sonuncu püşkatma mərasimi keçirilib. Corner.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mərasimə Bakı vaxtı ilə saat 17:00-da start verilib.

Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibinin adına da aydınlıq gəlib. Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-birilə rəqib ola bilərdi.

1/4 finalın ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

Püşkatmanın nəticələri belədir:

1/4 final
1. “Lex” (Polşa) - “Fiorentina” (İtaliya)
2. “Gent” (Belçika) - “Vest Hem” (İngiltərə)
3. “Alkmaar” (Niderland) - “Anderlext” (Belçika)
4. “Bazel” (İsveçrə) - “Nitsa” (Fransa)

Yarımfinal
A. 1-ci cütün qalibi - 4-cü cütün qalibi
B. 2-ci cütün qalibi - 3-cü cütün qalibi

Final
A cütünün qalibi – B cütünün qalibi







Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu
Azərbaycan UEFA reytinqində yerini qorudu
  • Konfrans liqası
  • 10:30 23.07.2026
Azərbaycan UEFA reytinqində yerini qorudu
"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"