29 yanvar 2026. Cümə axşamı

Konfrans Liqası: Yarımfinalçılar bəlli oldu


Konfrans Liqası: Yarımfinalçılar bəlli oldu

Bu gün Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

“Vest Hem” səfərdə heç-heçə etdiyi “Gent”i bu dəfə doğma meydanda qəbul edib. Bu görüşdə darmadağınla qələbə qazanan ingilislər yarımfinala yüksəliblər.

“Nitsa” da səfərdə məhsuldar heç-heçə etdiyi “Bazel”lə evdə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda qonaqlar gözlənilməz qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

“Anderlext” səfərdə “Alkmaar”ın qonağı olub. İlk oyundakı məğlubiyyətin əvəzini çıxan niderlandlılar oyunu penaltilərə qədər davam etdirməyi bacarıblar. 11 metrlik zərbələrdə də daha dəqiq olan “Alkmaar” yarımfinala yüksəlib.

“Fiorentina” isə səfərdə darmadağın etdiyi “Lex”i bu dəfə evdə qəbul edib. Florensiya təmsilçisi bu görüşdən məğlub ayrılmasına baxmayaraq yarımfinala yüksəlməyə nail olub.

Beləliklə, yarımfinalda “Vest Hem” “Alkmaar”la, “Fiorentina” isə “Bazel”lə mübarizə aparacaq.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
20 aprel

Alkmaar (Niderland) - Anderlext (Belçika) 2:0 (penaltilər 4:1)
Qol: Pavlidis, 5-pen; 13. 
İlk oyun – 0:2.

Fiorentina (İtaliya) - Lex (Polşa) 2:3
Qol: Sottil, 78. Kastrovilli, 90+2 – Souza, 9. Velde, 65-pen. Sobiex, 69.
İlk oyun – 4:1.

Vest Hem (İngiltərə) - Gent (Belçika) 4:1
Qol: M.Antonio, 37; 63. Paketa, 55-pen. Rays, 58 – Kuypers, 26.
İlk oyun – 1:1.

Nitsa (Fransa) - Bazel (İsveçrə) 1:2
Qol: Laborde, 9 – Auqustin, 85. Adams, 98.
İlk oyun – 2:2.







Konfrans liqası