23 iyul 2026. Cümə axşamı

Futbol tarixində ilk


Futbol tarixində ilk
Futbol tarixində ilk dəfə İtaliyanın 5 klubu avrokubokların bir mövsümündə yarımfinala yüksəlib. Corner.az saytı xəbər verir ki, bunlardan 2-si Çempionlar Liqası, 2-si Avropa Liqası, 1-i isə Konfrans Liqasında yoluna davam edənlərdi.

Çempionlar Liqasının 1/4 mərhələsində “İnter” “Benfika”nı (2:0, 3:3), “Milan” isə “Napoli”ni (1:0, 1:1) iki oyunun cəmində üstələyib. Avropa Liqasında “Yuventus” “Sportinq”dən güclü olub (1:0, 1:1), “Roma” “Feyenoord”a (0:1, 4:1), Konfrans Liqasında isə “Fiorentina” “Lex”ə qalib gəlib (4:1, 2:3).

Çempionlar Liqasının yarımfinalında “İnter” və “Milan” üz-üzə gələcək. Avropa Liqasında “Roma” “Bayer”lə, “Yuventus” “Sevilya” ilə, Konfrans Liqasında isə “Fiorentina” “Bazel”lə qarşılaşacaq.






Konfrans liqası

"Neftçi" həqiqətən güclü komandadır"
  • Konfrans liqası
  • 20:32 21.07.2026
"Neftçi" həqiqətən güclü komandadır"
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"
  • Konfrans liqası
  • 16:13 21.07.2026
"Əsas məqsədimiz "Dinamo"nu keçməkdir"