22 sentyabr 2026. Çərşənbə axşamı

Dubl etdi, həftənin ən yaxşısı seçildi


Dubl etdi, həftənin ən yaxşısı seçildi
Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Corner.az xəbər verir ki, bu “Alkmaar”ın hücumçusu Vangelis Pavlidisdir.
 
Yunan oyunçu “Anderlext”i mübarizədən kənarlaşdırdıqları oyunda (2:0, penaltilər 4:1) dubla imza atıb.
 
Xatırladaq ki, həftənin futbolçusu adına Yesper Karlström (“Lex”), Maykl Antonio (“Vest Hem”) və Jan-Kevin Auqustin (“Bazel”) də namizəd idi.






Konfrans liqası

“Xetafe” və “Reyncers”dən qələbə
  • Konfrans liqası
  • 02:11 21.08.2026
“Xetafe” və “Reyncers”dən qələbə