5 may 2026. Çərşənbə axşamı

KL: Fiorentina uduzdu, Vest Hem'dən çətin qələbə


KL: Fiorentina uduzdu, Vest Hem'dən çətin qələbə

Bu gün Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

İtaliyanın “Fiorentina” komandası doğma meydanda İsveçrə “Bazel”ini qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri məğlubiyyətə üzülüb.

İngiltərənin “Vest Hem” klubu isə Niderland “Alkmaar”ını qəbul edib və çətin qələbə qazanıb.

Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
11 may

Fiorentina (İtaliya) – Bazel (İsveçrə) 1:2
Qol: A.Kabral, 25 – A.Diuf, 71. A.Zeqiri, 90+3.

Vest Hem (İngiltərə) – Alkmaar (Niderland) 2:1
Qol: S.Benrahma, 67. M.Antonio, 76 – T.Reynders, 42







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi