22 oktyabr 2024. Çərşənbə axşamı

Konfrans Liqasında finalçılar BƏLLİ OLDU


Konfrans Liqasında finalçılar BƏLLİ OLDU

Avropa Konfrans Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

“Fiorentina” doğma meydanda məğlub olduğu “Bazel”in  qonağı olub. Florensiya təmsilçisi bu matçının əsas vaxtında uduzduğu hesabla qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. Burda daha bir qol vuran italyanlar finala yüksəliblər.

“Vest Hem” də ilk oyunda qələbə qazandığı “Alkmaar”la səfərdə üz-üzə gəlib. İngiltərə təmsilçisi bu oyunda da qələbə qazanaraq finala yüksəlib.

Turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bazel (İsveçrə) - Fiorentina (İtaliya) 1:3
Qol: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.
İlk oyun – 2:1

Alkmaar (Niderland) - Vest Hem (İngiltərə) 0:1
Qol: Fornals, 90+4.
İlk oyun – 1:2.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda