8 dekabr 2023. Cümə

“Neftçi” və “Sabah”a daha bir potensial rəqib


“Neftçi” və “Sabah”a daha bir potensial rəqib
Gələn mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” və “Sabah”ın daha bir potensial rəqibi bilinib.

Corner.az xəbər verir ki, püşkatma zamanı səpələnməmişlərdə olacaq Premyer Liqanın gümüş mükafatçısı “Sabah”ın daha bir mümkün rəqibi “Aris” olub.
 
Yunanıstan klubu səpələnmişlərdə qərarlaşdığından, “Sabah” və ya turnirdə iştirak hüququ qazanacaq digər təmsilçimizə (“Qəbələ” və ya “Zirə”) rəqib ola bilər.
 
Güclülər arasında olan “Neftçi”nin mümkün rəqibləri sırasına isə Lüksemburq Kubokunu qazanan “Differdanj” qoşulub.
 
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
 
Səpələnmişlər: “Brügge” (Belçika), “Gent” (Belçika), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)
Səpələnməmişlər: “Lütsern” (İsveçrə), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Sepsi” (Rumıniya), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq)
Qeyri-müəyyən: “Voyvodina” (Serbiya)



Konfrans liqası

46 azarkeş saxlanıldı
  • Konfrans liqası
  • 19:15 02.12.2023
46 azarkeş saxlanıldı
Yusuf Yazıcıdan tarixi qol
  • Konfrans liqası
  • 13:24 01.12.2023
Yusuf Yazıcıdan tarixi qol
“Dinamo” qalib gəldi, Mahir isə…
  • Konfrans liqası
  • 22:07 30.11.2023
“Dinamo” qalib gəldi, Mahir isə…
AFFA rəsmisi “Beşiktaş”ın oyununda
  • Konfrans liqası
  • 11:55 21.11.2023
AFFA rəsmisi “Beşiktaş”ın oyununda